Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail və Kipr Respublikası (Cənubi Kipr Yunan Administrasiyası) açıq dəniz patrul gəmisinin tədarükü və mövcud gəminin sistemlərinin yenilənməsi barədə razılığa gəliblər.
"Cebheinfo.az" xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram nümayəndə heyəti ilə birlikdə Cənubi Kiprə səfəri zamanı müqaviləni imzalayıb. Müqaviləyə əsasən, İsrailin Rafael müdafiə şirkətinin dəniz sistemləri ilə təchiz ediləcək bir açıq dəniz patrul gəmisi Cənubi Kiprə təhvil veriləcək.
Bundan əlavə, Cənubi Kiprə məxsus, İsraildə istehsal edilmiş “IOANNIDES” adlı açıq dəniz patrul gəmisinin komanda-idarəetmə və müdafiə sistemləri modernləşdiriləcək.
İsrail mediası bu ölkənin Cənubi Kiprin ən böyük silah tədarükçülərindən biri olduğunu bildirir.
Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq sentyabrın 10-da Cənubi Kiprin rəhbəri Nikos Xristodulidisin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Səfər zamanı Fələstinə dəstək verən insan hüquqları qrupları tərəfindən geniş etiraz aksiyaları keçirilib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin