Israildən Livana TƏHDİD

14.05.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu atəşkəsə baxmayaraq Livana qarşı yeni hücum təhdidləri səsləndirib.

Redaktor.az xəbər verir ki, İsrail Ordusu Livanın cənub və şərq bölgələrində yerləşən 8 yaşayış məntəqəsini hədəf alacağını açıqlayıb.

Ordunun sözçüsü Aviçay Adrai sosial şəbəkə hesabında paylaşdığı məlumatda cənubdakı Mezraat Sinay, Tuffahta, Kefer Melki və Yuxarı Homin, eləcə də Bekaa bölgəsində yerləşən Lebbaya, Suhmur, Yuhmur və Ayn Tine qəsəbələrinin vurulacağını bildirib.

O, həmin ərazilərdə yaşayan sakinləri yaşadıqları yerlərdən ən azı 1 kilometr uzaqlaşmağa çağırıb. Qeyd olunan yaşayış məntəqələri Litani çayının şimalında yerləşir.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью