İsraildən Livanla bağlı xəbərdarlıq

06.03.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İsrail Müdafiə Qüvvələri Livanın Britel, Doris və Majdalun şəhərlərinin sakinlərinə evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda israilli hərbi sözçü Avixay Edri bu barədə “X” sosial media hesabında məlumat verib.

Yazıda qeyd edilib ki, yuxarıda adı çəkilən şəhərlərdə “Hizbullah” hərəkatının hədəfləri var və yaxın saatlarda hədəfə alınacaq.

 “İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı güc tətbiq etmək məcburiyyətindədir, lakin bizim sizə zərər vermək niyyətimiz yoxdur”, - o yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью