GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Nazirlər Kabineti Qəzza zolağında əməliyyatın genişləndirilməsi planlarını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, plana bölgənin işğalı imkanları da daxildir.
Bunun fonunda HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bəyan edib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və İsraildən addım gözləyir.
Onun sözlərinə görə, indi top Təl-Əvivin meydançasındadır.
Günay Rəsulqızı
Globalinfo.az