İsraildən Qəzza ilə bağlı sərt ŞƏRT

30.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İsrail Qəzza zolağında münaqişənin nizamlanmasına dair 15 bəndlik plana etirazlarını ABŞ-ın xüsusi nümayəndəsi Toni Blerə təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail istənilən nizamlanma prosesinin ilkin şərti kimi Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsini, silahların Qəzzadan çıxarılmasını və sektorun tam demilitarizasiyasını tələb edir.

"15 bəndlik müzakirə olunan sənəddə bu tələblərə kifayət qədər cavab verilməyib. İsrail bununla bağlı etirazlarını xüsusi nümayəndə Toni Blerə çatdırıb", – deyə məlumatda bildirilir.

Açıqlamada həmçinin vurğulanıb ki, HƏMAS tərksilah olunmayana və Qəzza zolağı tam demilitarizasiya edilməyənə qədər İsrail ordusu sektorda "sarı xətt" adlandırılan mövqelərdən geri çəkilməyəcək.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью