Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.
"Qəzzada (HƏMAS-ın - red.) tərk-silah və sektorun demilitarizasiyası olmadan heç bir bərpa işi olmayacaq", - o qeyd edib.
Bundan əlavə, Netanyahu İsrail-Livan münaqişəsinə toxunaraq qeyd edib ki, İsrail öz maraqlarına uyğun hərəkət etməyə davam edəcək.
"Bir sıra medialar iddia edirdi ki, guya prezident (ABŞ Donald Tramp - red.) Livandakı terror obyektlərinə qarşı heç bir tədbir görməməyi xahiş edib. Bu, yalan məlumatdır. O mənə bu barədə heç nə deməyib, mən də soruşmamışam. Biz öz mülahizələrimizə uyğun hərəkət edirik", - İsrailin Baş naziri vurğulayıb.