İsraildən Qəzzaya daha bir HÜCUM

06.09.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İsrail Müdafiə Ordusu (IDF) Qəzzada HƏMAS-ın kəşfiyyat məlumatlarının toplanması və əməliyyat fəaliyyəti məqsədilə istifadə etdiyi çoxmərtəbəli binaya zərbə endirdiyini bəyan edib.

Redaktor.az bu barədə "The Times of Israel"ə istinadən məlumat verir.

Hərbçilərin məlumatına görə, yaraqlılar binada izləmə avadanlığı, müşahidə məntəqələri quraşdırıb, həmçinin İsrail qoşunlarına hücum etmək üçün yaxınlıqda partlayıcı qurğular yerləşdiriblər.

Ordudan bildiriblər ki, zərbədən əvvəl mülki əhali arasında itkini minimuma endirmək üçün tədbirlər görülüb: təxliyə həyata keçirilib, havadan müşahidə aparılıb və s.

Bu zərbə ordunun Qəzzada HƏMAS infrastrukturunun bir hissəsi adlandırdığı digər hündürmərtəbəli binanın məhv edilməsindən bir gün sonra endirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью