İsraildən Qəzzaya növbəti hücum: Ölənlər var

20.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Ordusunun Qəzza zolağının cənub və şimal hissələrinə endirdiyi zərbələr nəticəsində azı 6 fələstinli ölüb, çox sayda yaralı var.

Lent.az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələrinin Rəfah şəhərində avtomobili bombalaması nəticəsində 3 nəfər həlak olub.

Qəzzanın ətrafında bir evin bombalanması nəticəsində isə daha 3 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.

Agentlik bildirib ki, Qəzzanın şimal hissəsində hərbçilər Cəbəliyə qaçqın düşərgəsində də bir neçə evi partladıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью