İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23.11.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Atəşkəs rejimi pozulduğu üçün həm Hizbullah, həm də HƏMAS-a qarşı əməliyyatlarımız davam edəcək".

Milli.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

O bildirib ki, İsrail ordusu hazırda bir neçə cəbhədə anti-terror əməliyyatlarını sürdürür:

"Bu həftəsonu Livan ərazisinə zərbələr endirdik və Hizbullahın yenidən təhlükə yaratmaq imkanlarını bərpa etməsinin qarşısını almaq üçün bütün zəruri addımları atacağıq.

HƏMAS isə atəşkəsə əməl etmir. Onların əsgərlərimizə ziyan vurmaq və sərhəddən içəri sızmaq cəhdləri olub. Bu girişimlərin hamısı güc yolu ilə dayandırılıb. Bir çox terrorçu məhv edilib, Rəfah ərazisində tunellərdən çıxan silahlılar da ələ keçirilib", - Netanyahu qeyd edib.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью