İsraildən Təbriz sakinlərinə: Bu ərazini dərhal tərk edin Xəritə

14.03.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail ordusu Təbriz sakinlərinə planlaşdırılan hava hücumları ilə bağlı təcili xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

ÇAXAL mülki şəxsləri dərhal qeyd edilən ərazini tərk etməyə çağırıb:

"Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır", – məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью