İsraildən Türkiyəyə müharibə anonsu: Generalın sərt açıqlaması

16.10.2025

Icma.az bildirir, News24 portalına istinadən.

İsrailli istefada olan general Gerşon Hacohen Yaxın Şərqdə yeni təhlükəsizlik mərhələsinin başladığını bildirib.

News24.az xəbər verir ki, o, İsrailin “Kanal 7” televiziyasına verdiyi müsahibədə bölgədəki prosesləri “Qüds döyüşü” adlandıraraq, İsrailin hazırda Türkiyə ilə qarşı-qarşıya olduğunu və bunun ekzistensial bir mübarizə sayıldığını vurğulayıb.

Generalın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qüds məsələsində sərt və prinsipial mövqeyi İsrailin təhlükəsizlik strategiyalarını dəyişməyə məcbur edib.

“Onlar üçün Dəməşq əslində Qüdsə gedən bir pillədir”, – deyə Hacohen qeyd edib.

O əlavə edib ki, Türkiyə yalnız Suriyada deyil, həmçinin Qüds və İordan çayının qərb sahilində də strateji balansı dəyişir.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью