İsraildən Türkiyəyə qarşı şok: Dəmir Qübbəni verdi

05.12.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Cənubi Kipr İsrail istehsalı olan Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldığını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, eyni zamanda, Cənubi Kiprin Fransadan tezliklə döyüş helikopterləri alacağı gözlənilirkən, Rusiyanın T-80 tanklarını əvəz edəcək yeni tankların da alınması prosedurları davam edir.

Qeyd edək ki, Şimali Kipr tərəfi Cənubi Kiprin silahlanmasını təhlükəli addım kimi qiymətləndirib. Bunu Kipr probleminin həlli üçün diplomatik səylərə zərbə vurmaq cəhdi adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью