İsrailə 7 oktyabr hücumunun daha bir iştirakçısı öldürülüb

21.04.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, terrorçu İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəzza zolağına avizərbəsi nəticəsində ölüb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri, eyni zamanda, zolaq boyunca 200-dən çox terror obyektini (terrorçuların məskunlaşdıqları binalar, silah anbarları və digər strukturlar) sıradan çıxarıb.
Qəzzada daha bir HƏMAS komandiri öldürülüb
Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın və digər terror qruplaşmalarının bir sıra rəhbər şəxsi aradan götürülüb.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью