İsrailə dron hücumu: 20 nəfər yaralandı

24.09.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Yəməndən atılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərində düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə İsrailin Təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, iki nəfər ağır, bir nəfər orta ağır, daha 17 nəfər isə yüngül xəsarətlər alıb. Bütün yaralılar xəstəxanaya çatdırılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью