Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, son dövrlərdə İsrailin müxtəlif ölkələrlə iqtisadi və ticarət əlaqələri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu baxımdan İsrailin hansı ölkələrdən daha çox məhsul idxal etdiyi də maraq doğurur.
“Trading Economics”in məlumatlarına görə, 2024-cü ildə ABŞ-ın İsrailə ixracının həcmi 17,13 milyard dollar təşkil edib. Beləliklə, ABŞ siyahıda birinci yerdə qərarlaşıb. İkinci pillədəki İrlandiyanın ixracı isə 3,24 milyard dollar olub.
İrlandiyanın göstəricilərində diqqətçəkən məqam ixracın strukturudur. Belə ki, 2024-cü ildə bu ölkədən İsrailə idxal olunan məhsulların 95 faizindən çoxunu elektron avadanlıqlar təşkil edib. Xüsusilə inteqral sxemlər və mikroçiplər iki ölkə arasındakı ticarətdə mühüm yer tutub.
Bu ticarət əlaqələrinin əsas amillərindən biri kimi “Intel” şirkətinin İsrailin Kiryat-Qat və İrlandiyanın Leykslip şəhərlərində yerləşən istehsal müəssisələri arasındakı təchizat zənciri göstərilir.
İsrailə ən çox məhsul ixrac edən 10 ölkə2024-cü ilin göstəricilərinə əsasən, İsrailə ən çox məhsul ixrac edən ölkələrin siyahısı belədir:
ABŞ – 17,13 milyard dollar İrlandiya – 3,24 milyard dollar Çin – 2,83 milyard dollar Niderland – 2,70 milyard dollar Almaniya – 2,28 milyard dollar Hindistan – 2,21 milyard dollar Honkonq – 1,98 milyard dollar Böyük Britaniya – 1,53 milyard dollar Belçika – 1,48 milyard dollar İtaliya – 1,18 milyard dollarRəqəmlər göstərir ki, ABŞ-ın İsrailə ixrac həcmi ikinci yerdə qərarlaşan İrlandiyanın göstəricisini xeyli üstələyir. Bununla yanaşı, İrlandiyanın ilk iki ölkə arasında yer alması və ixracının böyük hissəsinin elektron məhsullardan ibarət olması diqqət çəkir.
Qeyd edək ki, göstərilən rəqəmlər ölkələrdən İsrailə məhsul ixracının dəyərini əks etdirir. Bu göstəricilər birbaşa maliyyə yardımı və ya İsrailə ayrılan dövlət dəstəyi kimi qiymətləndirilməməlidir.
Mürtəza