Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İsraili yaxşı tərəfdaş hesab edirəm, lakin ABŞ-la İsrailin hər zaman eyni mövqedə olduğu fikri doğru deyil. Biz fərqli ölkələrik və buna görə də ehtiyaclarımız, maraqlarımız və prioritetlərimiz hər zaman üst-üstə düşmür.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ölkə mətbuatına açıqlamasında deyib.
“İsrailə etibar edirsinizmi” sualına cavab verən Vens qeyd edib ki, beynəlxalq münasibətlər və diplomatiya məsələlərində heç kimə kor-koranə etibar etmir:
“İsrailin öhdəliklərini yerinə yetirməyə qadir olduğuna inanıram. Bununla belə, ABŞ və İsrail arasında ortaq maraqlar var və biz birgə səmərəli əməkdaşlıq edə bilirik”.