İsrailə etiraz notası verildi

27.01.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İtaliyanın dünən İordan çayının qərb sahilində, Ramallah yaxınlığında xidmətdə olan iki italiyalı jandarmanın silahlı şəxs tərəfindən hədələnməsi səbəbilə İsrailə etiraz notası verib.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu barədə qeyd olunur: 

“İtaliyanın Təl-Əvivdəki səfirliyi, Qüdsdəki Baş Konsulluqda çalışan iki jandarmanın iştirak etdiyi hadisə ilə bağlı İsrail hökumətinə rəsmi etiraz notası göndərib”.

Açıqlamada İtaliyanın diplomatik reaksiya göstərməsinə səbəb olan hadisə ilə bağlı aşağıdakı məlumatlar yer alıb:

“İki hərbçi dünən Ramallah yaxınlığında, Fələstin ərazilərində yerləşən bir kənddə Avropa İttifaqı (Aİ) səfirlər heyətinin səfərinə hazırlıq məqsədilə ərazidə baxış keçirirdi. Hərbçilər ehtimal ki, israilli məskunlaşmış bir mülki geyimli silahlı şəxs tərəfindən hədələnib. Şəxs onlara avtomat silah tuşlayıb. 

Hərbçilər təmas qaydalarına uyğun olaraq təhdidlərə zorakılıqla cavab verməkdən çəkiniblər. Həmin şəxs kimliyini açıqlamayan birini telefonla hərbçilərə bağlayıb. O isə iki hərbçinin hərbi zonada olduğunu və ərazini tərk etməli olduqlarını bildirib".

İsrail ordusuna bağlı İşğal altındakı Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiyası Bölməsi (COGAT) ilə aparılan yoxlama nəticəsində sözügedən ərazidə hər hansı hərbi zonanın olmadığı təsdiqlənib. Hərbçilər insidentsiz şəkildə Baş Konsulluğa qayıdıb və baş verənləri səfirliyə və öz komandanlıq xəttinə məruzə ediblər.

Baş nazirin müavini və xarici işlər naziri Antonio Tayaninin göstərişi ilə İtaliyanın Təl-Əvivdəki səfirinin etiraz notasını ən yüksək səviyyədə İsrail hökumətinə, İsrail Xarici İşlər Nazirliyinə, İsrail ordusuna, COGAT-a və İsrailin daxili kəşfiyyat xidməti Şin-Betə göndərmək üçün təşəbbüslərə başladığı bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, İtaliya Xarici İşlər Nazirliyi ən yüksək siyasi səviyyədə yeni etiraz addımlarını da artıq planlaşdırır.

İtaliya Xarici İşlər Nazirliyi axşam saatlarında verdiyi digər açıqlamada İsrailin Romadakı səfirinin “izahat” üçün Nazirliyə çağırıldığını bildirib.

Nazirliyin üçüncü yazılı açıqlamasında qeyd olunub ki, XİN-ə çağırılan İsrailin Romadakı səfiri Conatan Peledə İtaliyanın hadisə ilə bağlı “güclü narazılığı və sərt etirazı” rəsmi şəkildə çatdırılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью