İsrailə gizli səfər

20.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfəri zamanı Baş nazir Binyamin Netanyahu ilə görüşüb.

“Yeni Sabah”xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. pizza hut

Portal qeyd edir ki, səfər ABŞ Prezidenti Donald Trampın İsrail parlament seçkilərində Netanyahunu dəstəklədiyini bildirməsindən bir gün sonra reallaşıb.

Görüşün ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf etdiyi bildirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью