İsrailə qaçacağı deyilən deputat Əliyev kimdir? Dosye | Icma.az
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Leninqrad vilayətinin azərbaycanlı deputatı Səyad Əliyevin Rusiyadan qaçacağı iddia edilir.
Rusiya KİV iddia edir ki, o, hüquq-mühafizə orqanlarının “qara siyahı”sına düşüb. Onun Azərbaycana və ya İsrailə köçmək istədiyi deyilir.
Globalinfo.az Səyad Əliyevin dosyesini təqdim edir: Səyad İsbar oğlu Əliyev 27 mart 1967-ci ildə Cəlilabadın Zopun kəndində anadan olub.
O, 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Pskov Radio Komponentləri Zavodunda ağac emalı və taxta yığan kimi işə başlayıb.
1985-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 1994-cü ildə M.S Kirov adına Meşə Təsərrüfatı Akademiyasını bitirib.
1989-1999-cu illərdə Xalturin adına 2 saylı Leninqrad Ağac emalı zavodunda usta və kommersiya işləri üzrə direktor müavini kimi çalışıb.
O, 1999-cu ildən “Rassvet Firma” QSC-də əvvəlcə istehsalat direktoru, sonra icraçı direktor vəzifələrində işləyib.
Tam oxu
Xəbəri oxu