Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Macarıstan AB-nin Qəzza zolağında hərbi əməliyyatla bağlı İsrailə qarşı sanksiyalar tətbiq etmək niyyətini dəstəkləməyəcək.
Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Macarıstan İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşi dayandırmaq və girovları, o cümlədən Macarıstan vətəndaşını azad etmək üçün razılaşma əldə etməyi gözləyir:
“Hesab edirəm hazırkı vəziyyətdə dialoqa ehtiyac daha da artıb”.