İsrailin Ayn əl Hilva düşərgəsinə hücumu: 13 nəfər həlak oldu

19.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İsrail ordusu Livanın Səidə şəhərində yerləşən Ayn əl-Hilva Fələstinli Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində 13 nəfər həlak olub, onlarca yaralı var. Zərbənin Xalid Bin Vəlid məscidinin yaxınlığında baş verdiyi, əraziyə çoxlu sayda təcili yardım maşınının göndərildiyi bildirilib.

İsrail ordusu əməliyyata görə məsuliyyəti üzərinə götürərək düşərgəni HƏMAS-ın “təlim bazası” kimi hədəf aldıqlarını açıqlayıb.

Atəşkəs razılaşmasına baxmayaraq, hücumların davam etməsi bölgədə gərginliyin daha da artmasına səbəb olur.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью