İsrailin Azərbaycandakı sabiq səfiri vəfat edib

19.01.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrailin Azərbaycandakı sabiq səfiri Eitan Naeh vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail səfirliyi məlumat yayıb.

“İsrailin Azərbaycan Respublikasındakı səfirliyi sabiq səfir Eitan Naehin vaxtsız vəfatı ilə əlaqədar dərin kədər hissi keçirir. Səfir Naeh 2001-2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib, İsraillə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Onun ailəsi, yaxınları və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi əziz olsun”, - səfirliyin sosial media hesabında bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью