İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, bu barədə səfirliyin X sosial medai hesabında qeyd edilib.

"Zəfər Gününüz Mübarək!", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью