İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi (FOTO)

22.05.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail səfirliyi "X” hesabında məlumat paylaşıb.

"İsrail dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki diplomat - Yaron Lişinski və Sara Milqrim güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən Elias Rodriges saxlanılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью