İsrailin Baş naziri Netanyahunun iqamətgahına raketlər atılıb

17.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki işıqlandırıcı raket düşüb.

“Report”un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti polisin və İsrailin Baş Təhlükəsizlik Qüvvələrinin (Şin Bet) məlumatlarına istinadən yazıb.

Qeyd olunub ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb:

“Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan iki işıqlandırıcı raket evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib.Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”, - deyə məlumatda bildirilir.

Polis və Şin Bet hadisə ilə bağlı araşdırmaya başlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью