GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
2025-ci il mayın 4-ü səhər saatlarında Təl-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanı ərazisinə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan ballistik raket düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin hava hücumundan müdafiə qüvvələri raketi zərərsizləşdirməyə çalışsa da, qalıqları hava limanının 3-cü terminalının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib və uçuşlar, enişlər müvəqqəti olaraq dayandırılıb.
Safura Bənnayeva
Globalinfo.az