İsrailin bir gecədə Qəzzaya hücumları 24 nəfərin həyatına son qoyub Əl Cəzirə

21.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrail ordusunun bir gecədə Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində azı 24 nəfər həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, ən güclü zərbələr anklavın cənubunda yerləşən və İsrail Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində azı 11 fələstinlinin həlak olduğu Xan Yunis şəhərinə endirilib. Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhəri və şimaldakı Cəbəliyə şəhəri də havadan və artilleriyadan güclü atəşə tutulub.

Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью