İsrailin bu ölkədə səfirliyi açıldı

10.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İsrailin Sloveniyanın paytaxtı Lyublyanada səfirliyi açılıb.

Axar.az xəbər verir ki, açılış mərasimində İsrailin xarici işlər naziri Gideon Saar iştirak edib.

"Bu, bir il yarım ərzində beşinci yeni İsrail səfirliyidir. Avropada və dünyada dostlarımız var və onlarla münasibətlərimizi və əməkdaşlığımızı gücləndirməliyik. Mən İsrailin diplomatik şəbəkəsini dünyada genişləndirməyə davam edəcəyəm", - Saar bildirib.

Qeyd edək ki, İsrail və Sloveniya 1992-ci ildə diplomatik münasibətlər qurublar, lakin bu vaxta qədər Lyublyanada İsrailin diplomatik nümayəndəliyi yox idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью