İsrailin də ABŞ yə qoşulma ehtimalı böyükdür

15.07.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ və İran arasındakı qarşıdurma son fazasına keçib. Artıq məsələlərə aydınlıq gələcək. İranın nüvə məsələsi həllini tapmalıdır. Amma bu məsələ bir o qədər də asan olmayacaq".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.

Onun sözlərinə görə, İran və ABŞ arasında diplomatik danışıqlar dövrü bitib:

"Tərəflərin heç biri öz planlarından geri durmur. Planlar artıq bütün körfəz ölkələrinin bu müharibəyə cəlb edilməsi üzərində qurulub. Bura kürd qruplaşmalarını da əlavə etsək, prosesin daha gərgin xarakter alacağı açıq görünür. Çünki kürd qruplarının da öz planları var. Bu isə Türkiyə və Azərbaycanın da gec-tez bu məsələlərə qoşulmaq ehtimallarını artırır. Görünən odur ki, Yaxın Şərqdə böyük hesablaşma gözlənilir. İsrail isə hələlik kənarda dayanıb. Amma İsrailin də ABŞ-yə qoşulma ehtimalı böyükdür və bir müddətdən sonra belə olacaq. Hesab edirəm ki, bu dövrdən sonra tərəflərin heç biri geri çəkilməyəcək. Müharibə region dövlətlərini də içinə alacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью