İsrailin “Dəmir divar” əməliyyatı: 40 min insan...

11.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ordusunun “Dəmir divar” əməliyyatı İordan çayının qərb sahilində bir neçə qaçqın düşərgəsinin boşaldılmasına və 40 min insanın köçürülməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

“Yanvarın 21-də İsrail qüvvələrinin “Dəmir divar” əməliyyatına başlamasından bəri bir neçə qaçqın düşərgəsi demək olar ki, tamamilə boşaldılıb. Cenin düşərgəsindən başlayan əməliyyat Tulkərm, Nur-Şəms və əl-Farah qaçqın düşərgələrinə yayılaraq 40 min fələstinli qaçqını yerindən edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, təkcə 2025-ci ildə İsrail İordan çayının qərb sahilinə ən azı 38 hava hücumu həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью