Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Diaspor məsələləri naziri Amixay Çikli Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq qərarına sərt reaksiya verib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı İsrailin “Kanal 14” televiziyasına danışan Çikli Makronun İsrailin Qəzza zolağına hücumları və atəşkəs prosesi ilə bağlı mövqeyini tənqid edib.
“Fransa Prezidenti Emmanuel Makron bizə arxadan zərbə vurdu və bıçağı daha da dərinə çevirdi”, - deyə Çikli bildirib.
Diaspor məsələləri naziri Fransada İsrailin mövqeyini ifrat sağçı “Milli Birlik” (RN) Partiyasının dəstəklədiyini qeyd edib.
Çikli həmçinin Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qəbul etdiyi qərarlara qarşı olduqlarını ifadə edib.
İsrail ordusunun Qəzza zolağına hücumları davam edərkən Fransa Prezidenti Emmanuel Makron 22 sentyabr 2025-ci ildə Fələstin Dövlətini tanıdığını açıqlayıb.
Makronun bu addımı İsrail rəhbərliyinin sərt reaksiyasına səbəb olub.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin