İsrailin fevralda həyata keçirdiyi HÜCUMLAR...

04.03.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail fevral ayında Qərb Şəriyəsində 1965 hücum həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, İsrail ordusu 1454, işğalçı israillilər isə 511 hücumla Fələstin torpaqlarına müdaxilə edib.

Hücumlara evlərin və kənd təsərrüfatı tikililərinin dağıdılması, əmlakın müsadirəsi, ağacların məhv edilməsi və vandalizm daxildir.

Eyni zamanda, işğalçılar fevral ayında 2022 akr Fələstin torpağını ələ keçirib və 5 yeni yaşayış məntəqəsi salmağa cəhd ediblər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью