İsrailin güc qurumlarının rəhbərləri HƏMASla sazişi müzakirə ediblər | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. İsrail güc qurumlarının rəhbərləri Qahirədə radikal Fələstin qruplaşması HƏMAS tərəfindən saxlan
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi və İsrail Ümumi Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar Qahirədə yüksəkvəzifəli rəsmilərlə görüşüblər.
Qüds HƏMAS-la razılaşmanın əldə edilməsi şanslarının artdığını düşünür.
İsrailin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsi bildirib ki, sazişin əldə edilməsi şansları artıb.
"İki həftə əvvəl düşünürdüm ki, HƏMAS sazişi istəmir, indi düşünürəm ki, HƏMAS fikrini dəyişib.
Növbəti ay ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ağ Evə daxil olmamışdan əvvəl razılaşma əldə etmək şansı var", - deyə İsrail məmuru əlavə edib.
Son bir il ərzində HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib.
Tam oxu
Xəbəri oxu