İsrailin hərbi əməliyyatı uzun müddət davam edəcək Zamir

08.03.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin hərbi əməliyyatları hələ uzun müddət davam edəcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

Zamir komandirlərlə keçirilən iclas zamanı çıxış edərək əməliyyatın əsasən Livandakı Hizbullaha qarşı olduğunu qeyd edib.

Lakin onun uzunmüddətli hərbi kampaniyaya dair fikri konkret bir regionla məhdudlaşmayıb, yəni İrana qarşı əməliyyatları da nəzərdə tuta bilər.

“Bu çox vaxt alacaq, buna hazır olun. Bu, bizim nəsil üçün müharibədir. Bu, həyati əhəmiyyətli və gələcək illər üçün təhlükəsizliyimizi müəyyən edəcək bir müharibədir”, - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью