İsrailin hərbi siyasi kabineti sazişi təsdiqlədi

17.01.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


İsrailin hərbi-siyasi kabineti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Bütün siyasi, təhlükəsizlik və humanitar aspektləri nəzərdən keçirdikdən sonra və təklif olunan sazişin müharibənin məqsədlərinə nail olunmasına töhfə verdiyini başa düşərək, nazirlərin milli təhlükəsizlik komitəsi hökumətə təklif olunan planı təsdiq etməyi tövsiyə edib”, - bəyanatda deyilib.
Qeyd edək ki, HƏMAS-ın ilk üç girovu bazar günü azad edəcəyi bildirilir. Qrupun atəşkəsin birinci mərhələsində azad etməyə razılaşdığı 33 girovun adlarını İsrail mediası dərc edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью