İsrailin hücumları nəticəsində fələstinlilər Qəzza şəhəri sahilinə sıxışıb

02.09.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İşğal planını həyata keçirən İsrail ordusu Qəzza şəhəri ətrafında hücumlarını intensivləşdirməkdə davam edir.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla bildirir ki, hücumlar Qəzza şəhərini əhatə edən Zeytun, Şeyx Ridvan, Sədra məhəllələri və Cibaliya bölgəsi kimi ərazilərdə intensivləşib.

Təxminən 1 milyon insanın İsrail hərbi hücumları səbəbiylə sağ qalmaq üçün mübarizə apardığı Qəzzanın şimalında minlərlə insan yenidən didərgin düşüb.

Yüzlərlə fələstinli hər gün daşıya biləcəkləri az sayda əşyaları götürərək Qəzza şəhəri sahilinə köç edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью