İsrailin hücumları nəticəsində Qəzzada 29 nəfər həlak olub

22.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 29 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzzanın hər yerində köçkünlərin olduğu çadır düşərgələrinə zərbələr endirir.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin hücumları nəticəsində Qəzza zolağında gedən döyüşlərdə 51 mindən çox fələstinli həlak olub, 117 minə yaxın insan isə yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью