Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“İsrailin aqressiv siyasəti Suriyanın sabitliyinə ciddi təhlükə yaradır”.
525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əl-Şeybani ilə Ankarada danışıqlar apardıqdan sonra bildirib.
"Suriyada təhlükəsizliyin və sülhün qorunması bizim ortaq məsuliyyətimizdir. İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hücumları onun sabitliyinə ən ciddi təhdidlərdən biridir”, - XİN başçısı deyib.
Əlavə edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı daha qətiyyətli mövqe tutmalı, Suriyanın suverenliyinə hörmət göstərilməsini təmin etmək üçün lazımi addımlar atmalıdır.
Pərvanə Sultanova