İsrailin hücumlarına görə 600 minə yaxın insan Livanı tərk edib

23.11.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Sentyabrın sonunda İsrailin şiə “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 596 min qaçqın Livanı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin ölkədəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.
Bildirilib ki, onların 63%-i suriyalıdır.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat çərçivəsində şiə təşkilatının Livan ərazisindəki hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirilib. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью