İsrailin İordaniyadakı səfirliyinin yanında atəş açan şəxs zərərsizləşdirilib

24.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında atəş açan şəxsi polis zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Daha əvvəl agentlik hadisə şahidlərinə istinadən İsrailin Əmmandakı səfirliyi yaxınlığında atəş açıldığını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью