İsrailin İrana hücumunda nə qədər insan həlak olub? RƏQƏMLƏR KONKRET

30.06.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı 935-ə çatıb.

KONKRET.az bildirir ki, bu barədə “Təsnim” agentliyi məlumat yayıb.

İranın ədliyyə sözçüsü Əsgər Cahangir bildirib ki, İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 935-ə çatıb, onlardan 38 nəfəri uşaq, 102 nəfəri isə qadındır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı əməliyyata başlayıb. Ordunun bombardmanlarının hədəfi nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri olub. İyunun 24-nə keçən gecə ABŞ prezidenti Tehran və Təl-Əvivin atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью