“İsrailin İrana zərbəsi onun nüvə proqramının tərkib hissəsinə zərbə vurdu” Netanyahu

18.11.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“İsrail İrana qarşı son zərbəsində İslam respublikasının nüvə proqramının konkret komponentinə hücum edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament) iclasında deyib.
“Bu, sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə endirilib”, - Baş nazir bildirib.
Netanyahu zərbənin hədəfinin hansı növ obyekt olduğunu açıqlamayıb.
Eyni zamanda o qeyd edib ki, İsrail tərəfinin fikrincə, bu zərbə bütövlükdə İranın nüvə proqramını dayandırmağa gətirib çıxarmayıb:
“Proqramın özü və onun aktivləşdirilməsi imkanları dayandırılmadı, biz onun icrasını 10 il ləngitdik, lakin İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bildi”.
Netanyahu həmçinin bildirib ki, İsrail İranın ballistik raket istehsal imkanlarına ciddi zərbə vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью