İsrailin İrandakı mərmisi ÖLDÜRDÜ

20.08.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın Loristan vilayətində iyun ayında İsrailin hücumları zamanı atılmış partlamamış  sursatın partlaması nəticəsində bir uşaq həyatını itirib, 9 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Loristan vilayətinin Beyranşəhr rayonuna bağlı bir kənddə sursat partlayıb.

Partlayış nəticəsində 6 yaşlı bir uşaq həlak olub.

Yaralananların hamısının uşaq və gənclər olduğu bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью