İsrailin İranın nüvə reaktoruna hücumunun görüntüləri kameralara düşüb

20.06.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus pilotsuz uçan aparat İranın Arakdakı ağır su nüvə reaktoruna hücumun nəticələrini lentə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə görüntülər İDF-nin teleqram kanalında yerləşdirilib.

Hücumla bağlı İDF-nin bəyanatında nüvə reaktorunun hücum zamanı istifadə edilmədiyi vurğulanıb.

Görüntülərdə dəliyin reaktorun günbəzində olduğu və kompleksin ərazisindəki bir neçə qüllə və digər obyektlərin də zədələndiyi görünür. Münaqişədə olan hər iki tərəf hücumu təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью