İsrailin Livana endirdiyi zərbə nəticəsində hərbçilər yaralandı

02.08.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Livan ordusunun beş hərbçisi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində yaralanıb.

Redaktor.az-ın "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə Livan Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə Bint-Cubayl şəhərinə endirilib. Hədəf hərbçilərin müşayiəti ilə hərəkət edən mülki avtomobil olub.

Telekanal qeyd edir ki, Livan Ordusu İsrail ilə "Hizbullah" arasındakı münaqişədə iştirak etmir. Buna baxmayaraq, hərbçilər vaxtaşırı atəşə məruz qalırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью