İsrailin Livana endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb

21.11.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənub sahilindəki Tir şəhəri yaxınlığındakı bir neçə kəndə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Livan 24" xəbər portalına istinadən xəbər verir ki, hava hücumları nəticəsində 9 nəfər ölüb, 65 nəfər yaralanıb.

Ən çox ziyan bir neçə evin dağıldığı Maarak şəhərinə dəyib. Dağıntılar təmizləndikdən sonra orada ölənlərin sayı 7 nəfər olub, daha 33 nəfər yaralanıb.

Portal xəbər verir ki, onların arasında qadınlar və uşaqlar da var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью