İsrailin Livana hücumları nəticəsində 13 nəfər ölüb

26.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrail ordusunun Livanın cənub və şərqində həyata keçirdiyi hava hücumlarında 13 nəfərin həyatını itirdiyi bildirilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri ölkənin cənubunda yerləşən Nəbatiyə vilayətində kənd və qəsəbələri bombalayıb.

Hücumlarda 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail ordusunun Sidon şəhərinə təşkil etdiyi hücumda 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həmçinin, Livanın şərqindəki Baalbek-Hermel bölgəsindəki Nəbi Şit qəsəbəsinə hücum nəticəsində 4 nəfərin öldüyü bildirilib.

Əli Hüseynov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью