İsrailin Livana hücumları nəticəsində 16 nəfər ÖLDÜ

21.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ordusunun Livanın cənubundakı Sur şəhərində iki bölgəyə təşkil etdiyi hücumlarda 16 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat verib.

Dünən Mareke qəsəbəsinə təşkil edilən silsilə hücumlarda 4 nəfərin həyatını itirdiyini açıqlayan Nazirlik, həyatını itirənlərin sayının 13-ə, yaralı sayının isə 44-ə yüksəldiyini bildirib.

Şatiyye qəsəbəsinə edilən digər hava hücumunda isə 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı açıqlanıb.

Nazirlik bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Seymur BƏNNAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью