İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3754ə çatıb

24.11.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Livanın Səhiyyə Nazirliyi son sutka ərzində İsrailin hücumları nəticəsində 84 nəfərin həlak olduğunu açıqlayıb.

APA xəbər verir ki, nazirliyin məlumatına görə 8 oktyabr 2023-cü ildən bu yana baş verən hücumlar nəticəsində həlak olanların sayı 3754 nəfərə çatıb.

Açıqlamada həmçinin son sutka ərzində 213 nəfərin yaralandığı, yaralananların sayının isə 15626 nəfərə yüksəldiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью