İsrailin Livana hücumu nəticəsində 9 nəfər ölüb

03.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusunun noyabrın 27-də əldə olunan atəşkəsə baxmayaraq dünən axşam saatlarında Livanın cənubunda iki bölgəyə təşkil etdiyi hava hücumlarında 9 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrail ordusunun Livanın cənubundakı Haris və Taluse bölgələrində həyata keçirdiyi hücumların ilk sayı ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Bint Cübeylin Haris bölgəsinə edilən hücumda 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Mercayunun Taluse bölgəsinə edilən hücumda 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью